Ukrayna Qara dənizdəki taxıl dəhlizinin hərbi məqsədlər üçün istifadə olunmayacağına zəmanət verməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşündə deyib.
Qeyd edək ki, tərəflər görüşdə Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının daşınmasını müzakirə ediblər.