2 Noyabr 2022 12:32
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kiyevi Qərbdən idarə edənlər ötən həftə Qara dənizdə taxıl anlaşmasını yerinə yetirən Rusiya gəmilərinə hücum kimi təxribatların nəticə verməyəcəyini artıq anlamalıdırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Nə qədər ki, Kiyev rejiminin arxasında duranlar bu taxıl sövdələşməsindən faydalanırlar, bir daha belə təxribatların baş verməyəcəyini anlamalarını təmin etmək lazımdır”, - XİN-in sözçüsü bildirib.

O qeyd edib ki, Rusiya gəmilərinə hücum artıq təxribat deyil, terror aktıdır.

Zaxarova xatırladıb ki, Ukrayna humanitar əməliyyat adı altında taxıl anlaşmasını təmin edən və buna zəmanət verən Rusiya gəmilərinə zərbələr endirməyə çalışıb. O, bildirib ki, bu sövdələşməyə imza atanların hamısından zəmanət almaq lazımdır.

“İlk növbədə vasitəçi və qarant kimi çıxış edən Birləşmiş Millətlər Təşkilatından”, - Zaxarova əlavə edib.

Qeyd edək ki, Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə imzalanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər