3 Noyabr 2022 00:13
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Prezidenti Vladimir Putinin ən yaxın çevrəsindən olan insanlar Ukraynadakı müharibədən qazanc əldə edirlər. Onların hamısı şəxsi maraqlarını güdürlər, fürsətdən istifadə edib zənginləşməyə çalışırlar. Bununla belə, Putinin ətrafında SSRİ-nin bərpa edilməsini istəyənlər də var”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı jurnalist Timur Olevski deyib.

“Onların hamısının öz maraqları var. Kadırov Çeçenistanda hakimiyyəti əlində saxlamaqla yanaşı, maddi gəlirlərini artırmağa, Çeçenistana ayrılan maddi vəsaitləri mənimsəməyə çalışır. Priqojinin milyardları var, rus xalqını müharibəyə sataraq, ordunu təmin etməklə qazanır. İndi Priqojin Belqorodda xəndəklər qazır və bunların nəyəsə lazım olacağını deyir. Fantastik biznesdir - sadəcə qazıb milyard qazanırsınız. Patruşev çox güman ki, ideoloji adamdır. O, Sovet İttifaqını təsəvvür etdiyi formada dirçəltmək istəyir, təbii ki, ölkəni Sov.İKP MK yox, KQB idarə etsəydi”, - Olevski bildirib.

Jurnalistin fikrincə, Putinin ətrafının adamlarının öz maraqları var. Amma onların hamısı “monolit” rol oynayır. Olevski iddia edir ki, Putin, Kadırov, Priqojin və Şoyqu arasında heç bir konflikt yoxdur.

“Onların hamısı sistemin bir hissəsidir. Ayrılmağın yeganə yolu ölmək və ya intihardır. Ancaq heç kim buna getməyəcək, çünki Putin və onun çevrəsindəki insanlar bir-birinə həddən artıq yaxındırlar. Eyni zamanda, onların hər biri bir-birinə nifrət edə bilər”, - jurnalist vurğulayıb.

Onun sözlərinə görə, SSRİ dağılandan bəri Rusiya kəşfiyyatı (FSB) Ukraynanın ələ keçirilməsi planı üzərində işləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər