2 Noyabr 2022 20:16
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Ukraynaya dair son hadisələr, xüsusilə də taxıl dəhlizi müzakirə edilib.

Nazir Çavuşoğlu həmkarına “Taxıl sazişi”nin bundan sonra da problemsiz həyata keçirilməsini təmin etmək üçün Türkiyənin səyləri barədə məlumat verib.

Blinken öz növbəsində Türkiyənin təşəbbüsləri nəticəsində taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasına görə minnətdarlığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər