3 Noyabr 2022 20:11
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın işğal edilmiş Xerson vilayətinin regional administrasiyasının binasından Rusiya bayrağı götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə administrasiyanın rəhbəri Aleksey Danilov məlumat verib.

O, yaxın zamanda bölgədə maraqlı hadisənin baş verəcəyini bildirib.

“Eyni hadisə İzyumda və Silahlı Qüvvələrimizin yaxınlaşdığı digər şəhərlərdə də baş verib. Bu onu göstərir ki, yəqin tezliklə Xersonda maraqlı nəsə baş verəcək”, - Danilov bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər