Vladimir Zelenski AB Komissiyasının sədri Ursula von der Leyenlə Ukraynaya makro-maliyyə dəstəyinin təfərrüatlarını müzakirə edib.
Teleqraf.com xəbər verir ki, İranı Rusiyaya silah verməkdə və bununla da müharibəni uzatmaqda günahlandıran Zelenski Leyenlə çıxışında bu məsələni də müzakirə etdiklərini və dünyanın Tehrana reaksiya verməsi lazım olduğunu bildirib.
Zelenski vurğulayıb ki, İran Rusiyaya silah verməsəydi, biz indi sülhə daha yaxın olardıq:
"Rusiya qüvvələri bu gün Ukraynadakı hücumlarında yenidən İran istehsalı olan dronlardan istifadə edir. Ukraynadakı enerji infrastrukturlarını hədəf alır. İnfrastrukturun zədələnməsi səbəbindən ölkə üzrə 4,5 milyon abonentə elektrik enerjisinin verilməsində problem yaranıb. Hazırda həmin problemin həlli üçün addımlar atılır.
Rusiya qüvvələri ən intensiv hücumlarını Donetsk cəbhəsində həyata keçirir. Düşmən orada ciddi itkilər verir, lakin buna baxmayaraq intensiz hücumlar davam edir".