Filippində "Nalci" tropik qasırğası nəticəsində ölənlərin sayı 158 nəfər çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Risklər barədə Xəbərdarlıq və Təbbi Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şurasında bildirilib.
Məlumata əsasən, qasırğa ümumilikdə 4,84 milyondan artıq insan ziyan vurub.
Bildirilir ki, 491 min insan 368 təxliyyə mərkəzində qalmağa davam edir, 355,4 min insan əvvəlcədən öz evlərini tərk ediblər. Azı 142 nəfər təbii fəlakət nəticəsində xəsarət alıb, 32 nəfər isə itkin düşmüş sayılır.
Respublikanın 13 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla, təbii fəlakətlə bağlı 1,6 min hadisə qeydə alınıb.
Qasırğa 48,23 min evə ziyan vurub, 4,97 mindən çox ev dağılıb. 822 infrastruktur obyektinə dəyən ziyan 4,51 milyard peso (77,29 milyon dollar) dəyərində qiymətləndirilir. Təbii fəlakət nəticəsində 523 yol və 132 körpü zədələnib. 363 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin onların 266-sında artıq bərpa olunub, 37 bələdiyyədə rabitə, 6-da su təchizatında problemlər var.