14 Noyabr 2022 10:06
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terror aktı üçün İstanbul təsadüfən seçilməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Hərbi Dəniz Qüvvələrinin təqaüdçü kontr-admiralı Cihat Yaycı deyib.

“Türkiyəyə qarşı silah kimi istifadə edilən bu terrorun kənara bağlı olduğunu və Türkiyənin sülh və əmin-amanlığını pozmaq məqsədi ilə edildiyini göstərir. Türkiyə seçkiyə gedir və nədənsə ölkədə terror hadisələri başlayır. Kimsə bundan mədəd umur və təşkilatın arxasında duran qüvvələrin bazarlığa getmək istədiyi hissi yaradır”, - Yaycı bildirib.

Admiral terror aktı üçün İstanbulun təsadüfən seçilmədiyini iddia edib:

“Belə addımlarla masa arxasına oturmağa çalışanları, terror təşkilatını, onun uzantılarını, onlara dəstək verənləri qınayıram və belə bir şey qəbul edilə bilməz. Onlar üçün insan həyatının heç bir önəmi yoxdur, ən çox səs-küy yaradacaq yer haradırsa, bunu orada edirlər və Türkiyənin təhlükəli yer olduğu görüntüsü yaratmaq istəyirlər.

İstanbul dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. İstər İŞİD-in, istərsə də PKK-nın və bütün terror təşkilatlarının arxasında eyni qüvvələrin olduğuna inanıram. Hədəf Türkiyədir və Türkiyəni hədəfə gətirən güclər bəllidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər