İran və "altılıq" (BMT TŞ-nın beş daimi üzvü və Almaniya) danışıqların növbəti raundunu dekabrın 17-də Cenevrədə keçirməyi qərara alıblar. Teleqraf.com TASS agentliyinə istinadən məlumatına görə, bu barədə İran danışıqlar komandasına yaxın olan diplomatik mənbə bildirib.
"Gələn həftənin çərşənbə günü Cenevrədə danışıqların növbəti raundunu keçirilməsi barədə qərar qəbul olunub, - mənbə bildirib. İsveçrə nümayəndə heyətinin qəbul etməyə hazırdır".
Müsahibin sözlərinə görə, İsveçrə ilə yanaşı öz ərazilərini bir sıra ölkələr də təqdim etməyə hazır olublar. Onlar arasında o, Omanı və Qazaxıstanı da göstərib.