“Ukraynanın sülh planı tam həcmdə və qrafikə uyğun həyata keçiriləcək”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Prezident Vladimir Zelenskinin 10 maddəlik sülh təklifini şərh edərkən deyib.
“Rusiya vaxt itirməməlidir. Kreml prezidentin 10 maddəlik sülh şərtini nə qədər uzun müddət sabotaj etsə, özü üçün bir o qədər fəlakətli vəziyyət yaradacaq və bu, Ukraynanın mövqeyini bir o qədər sərtləşdirəcək”, - katib bildirib.
Danilov vurğulayıb ki, Prezident Zelenskinin sülh planı tam şəkildə və qrafikə uyğun həyata keçiriləcək.
Bundan əvvəl G20 sammitindəki çıxışında Zelenski Ukraynada sülhü təmin etmək üçün həyata keçirilə biləcək 10 maddəlik həll yolunu təqdim edib. O, Ukraynanın Rusiyaya güzəştə getməyəcəyini də açıqlayıb.