19 Noyabr 2022 20:18
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

" Böyük Britaniya Ukraynaya ehtiyac və layiq olduğu qədər hərbi yardımını davam etdirəcək".

Teleqraf.com xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdə Prezident Zelenski ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təkcə bu il Britaniya Ukraynaya 2,3 milyard funt-sterlinqdən çox hərbi yardım etdib:

"Özünüzü qorumağınız üçün biz hava hücumundam müdafiə sistemləri, 120 xüsusi zenit silahı, həmçinin pilotsuz uçuş aparatları verəcəyik.
Ukraynalı hərbçilər üçün təlim proqramlarını genişləndirəcəyik, hərbi mühəndislər hazırlayacaq. Ordunuz üçün xüsusi qış texnikası, həmçinin ümumilikdə 16 milyon funt sterlinq dəyərində humanitar yardım verəcək", - deyə Baş nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər