23 Noyabr 2022 17:05
1 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ordusunun keçmiş baş qərargah rəisi general Pyer de Viller ölkəsi və Avropadakı geosiyasi vəziyyətlə bağlı diqqətçəkən etiraflar edib.

Teleqraf.com xəbər verir ki, general Fransa ordusunun dünyada və Avropada qabaqcıl hərbi güclər arasında olduğunu, amma ölkəsinin yüksək intensivlikli müharibə ilə üzləşəcəyi təqdirdə uzun müddət tab gətirməsinin çətin olacağını deyib.

Ukrayna-Rusiya müharibəsinə toxunan Viller ölkəsinin ABŞ-ın baxışları ilə üst-üstə düşməsinə etiraz edib:

“Ukraynadakı müharibə nə Avropanın, nə də Fransanın müharibəsidir. Bəlkə heç amerikalıların da maraqlarına uyğun deyil”.

Türkiyə, Rusiya və Çinin güclərini artırdığını söyləyən general bu üç ölkənin hərbi üstünlərinə diqqət çəkib. Viller iddia edib ki, üç ölkə keçmiş imperiya dövrlərində itirdikləri nüfuzlarını bərpa etməyə çalışır.

Ukrayna böhranının Avropanın məğlubiyyətinə səbəb olduğunu deyən Viller qitənin mövcud proseslər fonunda qlobal məsələlərə diqqət yetirə bilmədiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər