25 Noyabr 2022 12:35
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cəbhədə hərbi əməliyyatların intensivliyi azalanda belə, Ukraynadakı rus qoşunlarının hər gün 400-600-ə yaxın ölüsü və yaralısı olur. Aktiv döyüşlər zamanı işğalçıların itkiləri gündə 1000-ə qədər artır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, söhbət Rusiyanın bərpa olunmayan canlı qüvvə itkisindən gedir. Bura həlak olanlar və yaralananlar daxildir.

Arestoviç iddia edir ki, səfərbər edilmiş rusların ən azı 50 faizi döyüşmək üçün zəif təlim keçib. Ukrayna rəsmisi onu da qeyd edib ki, hazırda müharibənin əsas yükünü yeni səfərbər edilmiş qüvvələr daşıyır

Arestoviç hərbi əməliyyatların intensivliyinin aşağı düşdüyünü də açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər