Finlandiya və İsveç olaraq Türkiyəyə təhlükəsizliklə bağlı söz vermişik. Biz öhdəliklərimizi yerinə yetirəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İsveç Baş naziri Ulf Kristersson deyib.
Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesinin uzadılmasına toxunan baş nazir qeyd edib ki, məsələ artıq Türkiyədən asılıdır: "Türkiyənin fikrinə hörmət edirik. İsveç və Finlandiya olaraq Türkiyə ilə imzaladığımız müqavilə Türkiyənin təhlükəsizliyinə çox ciddi yanaşdığımızı göstərir".