1 Dekabr 2022 11:40
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qazaxıstan öz ərazisinin anti-Rusiya sanksiyalarından yan keçmək üçün istifadəsinə icazə vermir”.

Teleqraf.com xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko deyib.

“Ərazilərimiz heç bir şəkildə sanksiyalardan yayınmaq üçün istifadə edilməyib və istifadə edilməyəcək. Qazaxıstanın prinsipial mövqeyi ondan ibarətdir ki, ölkə sanksiyalardan yan keçmək üçün öz ərazisindən istifadə olunmasına imkan vermir. Eyni zamanda, sanksiyalardan beynəlxalq problemlərin həlli metodu kimi istifadə etmirik”, - Vasilenko bildirib.

O əlavə edib ki, Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Qazaxıstan hökuməti tərəfindən komissiya yaradılıb, onun missiyası baş verənlərin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısını almaqdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər