1 Dekabr 2022 18:26
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikada sevgilisinin şəkillərini yayan 38 yaşlı kişinin 420 min avro dəyərində əmlakı müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, Belçikanın Flamand bölgəsində yaşayan cütlük 2020-ci ildə ayrılıb.

Boşandıqdan sonra 38 yaşlı belçikalı keçmiş sevgilisinin şəxsi görüntülərini internetdə yayımlayıb.

Qadın 2020-ci ilin dekabrında keçmiş sevgilisi və google-a qarşı Gent Məhkəməsinə şikayət edib.

Kişi məhkəmədə etiraf edib ki, bu görüntüləri o, qisas üçün şəxsi saytlarda yerləşdirib. Məhkəmə görüntülərin silinməsi, əks halda hər şəklə görə keçmiş sevgilinin 10 min avro ödəyəcəyi qərara alınıb.

Qadının vəkilləri ötən ilin sentyabrında yenidən məhkəməyə müraciət edərək 42 şəklin hələ də internetdə dolaşdığını bildiriblər.

Belçikalı kişinin evi də daxil olmaqla 420 min avro dəyərində bütün var-dövləti müsadirə edilib.


Müəllif: Nemət

Oxşar xəbərlər