ABŞ prezidenti Co Bayden ölkənin Massaçusets ştatının Boston şəhərinə işgüzar səfəri zamanı şahzadə Uilyam ilə görüşüb.
Teıeqraf.com-un məlumatına görə, C.Bayden və Şahzadə Uilyam əl sıxdılar, bir neçə dəqiqə söhbət etdilər, sonra birlikdə Con Kennedi adına Prezident Kitabxanası və Muzeyinə gediblər.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer daha əvvəl brifinqdə qeyd edib ki, Şahzadə Uilyam ilə görüşdə C.Bayden xüsusilə iqlim dəyişikliyi ilə mübarizəni müzakirə etməyi planlaşdırır.