6 Dekabr 2022 13:56
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da nəşr olunan “Vaşinqton Post” qəzetində PKK/SDQ terror təşkilatının lideri Mazlum Kobaninin məqaləsi dərc olunub.

Teleqraf.com xəbər verir ki, baş terrorçu məqaləsində Amerikaya “Bizi unutma” deyə yalvarıb.

ABŞ-dan dəstək istəyən terrorçu Türkiyə əleyhinə skandal cümlələr işlədib və bu ölkəni hədələyib.

Kobaninin məqaləsini şərh edən türkiyəli təhlükəsizlik eksperti bununla bağlı diqqətçəkən nəticələr çıxarıb:

“Çox maraqlı bir detal var. Çox qorxub. Deyir ki, ABŞ-la işlədiyim Həsəkə şəhəri yaxınlığındakı bazanı hədəfə alıb. Kimdən danışır? Bizdən danışır. Bu cümlə çox önəmlidir. Deməli, Amerika bazasında gizlənir. Buradan aydın olur.

Həmin hadisəni xatırlayın. Bu haqda çox danışmışıq, bu, onları qəzəbləndirmişdi. ABŞ deyirdi ki, Türkiyə hərbçilərimizin yerləşdiyi ərazidən 300 metr aralını vurub. Məlum olur ki, dostları oradadır. Onun məqaləsində görməyimizin lazım olduğu çox mühüm detallar var. Buna görədə qorxur, hədəfimizdə olduğunu düşünür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər