15 Dekabr 2014 13:00
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

13.00

Xəbər verdiyimiz kimi, Avstraliyanın Sidney şəhərində naməlum şəxslər Martin Place prospektində fəaliyyət göstərən Lindt kafesinə hücum edib və 40 nəfəri girov götürüblər.

Teleqraf.com xəbər verir ki, son məlumatlarda hücumun İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının yaraqlıları tərəfindən edildiyi bildirilir. Yerli polis terrorçuların olduğu kafenin ətrafındakı bütün binaları boşaldıb.

Avstraliyanın “Channel 7” televiziya kanalının canlı yayımı zamanı ən azı 4 nəfərin kafedən qaçmağı bacardığı bildirilib. Qaçanlar arasında kafe işçiləri də var.

Bu arada silahlı şəxslər Avstraliya baş naziri Toni Abbott ilə görüşmək istədiklərini bildiriblər. Onlar həmçinin polisdən İŞİD bayrağının gətirilməsini tələb edirlər. Bu isə həmin şəxslərin İŞİD yaraqlısı olduğu şübhəsini daha da artırır.

09.26

Avstraliyanın Sidney şəhərinin Martin Place prospektində fəaliyyət göstərən Lindt kafeyə silahlı basqın olub.

Teleqraf.com xəbər verir ki, rəsmilər silahlıların 2 nəfər olduğunu və hazırda binadakı şəxsləri girov saxladığını bildirir. Ancaq hadisə vaxtı kafedə neçə nəfərin olması ilə bağlı açıqlama verilməyib.

Kafenin şüşəsinə yaxınlaşdırılan girovların əllərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bayrağını tutması hücumun İŞİD yaraqlıları tərəfindən törədildiyi anlamına gəlib.

Polis ətraf ərazilərdə geniş təhlükəsizliklik tədbirləri görüb və yaxınlıqdakı binalar boşaldılıb.
Məsələ ilə bağılı çıxış edən Avstraliya baş naziri Toni Abbott terroçuların tək məqsədinin qorxutmaq olduğunu deyib: “Avstraliya etibarlı ölkədir. Avstraliyalılar normal həyatına davam etsin. Terroçuların tək məqsədi bizi qorxutmaqdır”.

Avstraliya mətbuatında yer alan xəbərlərə görə, hücum “Əl Nusra” təşkilatının üzvləri tərəfindən reallaşdırılıb. İlkin məlumatlarda girov sayının 13 olduğu qeyd edilir. Ancaq kafe işçisi olan Steve Loan hadisə zamanı içəridə 10 işçi və 30 müştərinin olduğunu bildirib.

Ancaq səlahiyyətli şəxslər bununla bağlı açıqlama verməyiblər.

Samir


Müəllif:

Oxşar xəbərlər