Rusiyanın Bryansk vilayətində güclü partlayışlar olub, sakinlər əvvəlcə zəlzələ olduğunu düşünüblər.
Teleqraf.com xəbər verir ki, Rusiyanın "Telegram" kanalları Braynskidə hərbi hissənin vurulduğunu bildirib.
İddia olunub ki, Ukrayna guya Bryansk vilayətinə HIMARS-dan hücum edib:
“Bryansk vilayətinin Klintsı şəhərində, yerli məlumatlara görə, hərbi hissənin ərazisində çox güclü tüstü müşahidə olunur. Bundan əlavə, Bryansk vilayətinin Klimovo şəhərində partlayışlar və yanğınlar qeydə alınıb”