13 Dekabr 2022 11:55
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya hakimiyyəti BMT-nin dəstəyi ilə Rusiya Federasiyasının Ukraynaya müdaxiləsi və hərbi cinayətləri ilə bağlı işlərə baxacaq yeni tribunal yaratmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Hollandiyanın xarici işlər naziri Vopke Hoekstr deyib.

Nazir bildirib ki, Hollandiya Aİ ilə birlikdə tribunal üçün beynəlxalq dəstək və maliyyə axtaracaq.

Hoekstr qeyd edib ki, yeni xüsusi məhkəmə Hollandiyada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinin işinə mane olmayacaq:

“Təcavüz aktı, müharibəyə başlamaq cinayəti ilə məşğul olmaq üçün xüsusi məhkəməyə ehtiyacımız olduğuna dair artan konsensus var”.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyanın Ukraynaya təcavüzünün cəzasız qalmaması üçün geniş beynəlxalq dəstəyi olan yeni tribunalın yaradılmasına ehtiyac olduğunu bildirib.

Hollandiyada Beynəlxalq Ədalət Məhkəməsi, Livan və Kosovo üzrə xüsusi tribunallar yerləşir. Uzun illər burada keçmiş Yuqoslaviya üçün hərbi cinayətlər məhkəməsi də fəaliyyət göstərib.


Müəllif: Nemət

Oxşar xəbərlər