14 Dekabr 2022 00:10
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz türkmən qazını Xəzər dənizi üzərindən gətirmək istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfər öncəsi jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Avaza Sammiti əsasən təbii qazla bağlı addımların atılmasına yönəlib.

“Bu sammitdə enerji və təbii sərvətlər nazirim də mənimlə birgə olacaq. Bu prosesdə İlham bəyin də olması vacibdir”.

Qeyd edək ki, dekabrın 14-də Türkmənistanın Avaza şəhərində Azərbaycan-Türkiyə-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü keçiriləcək.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər