19 Dekabr 2022 21:27
2 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Türkiyəyə F-35 döyüş təyyarəsi vermək istəməməsi S-400 sistemləri ilə əlaqəli deyil”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Hərbi Hava Qüvvələrinin təqaüdçü generalı Ərdoğan Karakuş deyib.

Türkiyə ilə ABŞ arasında uzun müddətdir gərgin olan münasibətlər F-35 döyüş təyyarələri ətrafında yaranmış mübahisə ilə az qala qırılma nöqtəsinə gəlmişdi. Türkiyəyə “Patriot” raketləri verməyən ABŞ Türkiyənin öz müdafiəsi üçün Rusiyadan S-400 sistemləri almasına görə Ankaranı F-35 istehsal proqramından çıxardığını açıqlamışdı.

Təqaüddə olan general-leytenant Ərdoğan Karakuş bu təyyarələrin Türkiyəyə verilməməsi ilə bağlı ilginc iddia irəli sürüb.

Türkiyənin F-35-lər üçün 935 hissə istehsal etdiyini deyən Karakuş sözünü Milli Döyüş Təyyarəsinə (MMU) gətirib.

General Türkiyənin 11 şirkətlə F-35 üçün 935 hissə istehsal etdiyini və bu istehsalla texnologiyanın Türkiyəyə keçdiyini bildirib. Karakuş ABŞ-ın bu texnologiyanın Türkiyəyə ötürülməsini istəmədiyini deyib.

Onun sözlərinə görə, bu texnologiya Milli Döyüş Təyyarəsinin istehsalına böyük təkan verəcək: “ABŞ bu təyyarənon istehsal edilməsini istəmir, buna görə də Türkiyəni F-35 proqramından kənarlaşdırdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər