21 Dekabr 2022 12:59
1 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin Minsk səfərindən sonra Belarus hökuməti Qomel vilayətinin Ukrayna ilə həmsərhəd olan üç rayonun ərazisinə girişi məhdudlaşdırıb.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar Belarusun baş naziri Roman Qolovçenkonun sərəncamı ilə həyata keçirilir.

“Qomel vilayətinin Loyevski, Bragin və Xoiniki rayonları daxilində sərhəd zonasına giriş müvəqqəti qalma və hərəkət müvəqqəti məhdudlaşdırılsın”, - sərancamda deyilir.

Bildirilir ki, müvəqqəti məhdudiyyətlər xidməti vəzifələrini yerinə yetirmək üçün sərhəd zolağına gedən, geriyə (olduğu yerə), yaxın qohumlarının yaşayış yerinə və geri qayıdan şəxslərə şamil edilmir.

Müstəsna hallarda Dövlət Sərhəd Komitəsinin sədrinin və ya onun səlahiyyətli nümayəndəsinin verdiyi icazə əsasında bu ərazilərə daxil olmaq mümkündür.

Qəribədir ki, sənəddə bu məhdudiyyətlərin qüvvədə olma müddəti göstərilmir.


Müəllif: Nemət

Oxşar xəbərlər