25 Dekabr 2022 13:09
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Məhkəməsi ABŞ ordusunda xidmət edən siqh dininə inanan hərbçilərin saqqal saxlaması və türban bağlamasına icazə verilməsinə dair qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki,
Kolumbiya Apellyasiya Məhkəməsi ABŞ Dəniz Piyadaları Korpusunda saqqal saxlamağa və çalma taxmasına icazə verilməyən üç siqh dini təmsilçisinin şikayətini təmin edib.

Məhkəmə qərarına əsasən hərbçilərin öz dini inanclarına əsasən saqqal uzatması və türban taxması onların vəzifələrini yerinə yetirmələrinə mane olmayacaq.

Qeyd edək ki, üç siqh dininə inanan hərbçi ABŞ Ordusunda Dəniz Piyadaları Korpusuna qoşulmaq üçün imtahanlardan keçsə də, əsas təlim düşərgəsindəki qaydalara uyğun olaraq onlardan saqqallarını kəsmələri və türbanlarını çıxarmaları tələb olunduğu üçüb məhkəməyə müraciət ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər