26 Dekabr 2022 15:58
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın nüvə arsenalı Qərbin bizə qarşı müharibə aparmasına mane olur”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Bu gün düşmənlərimizi dayandıran yeganə şey Rusiyanın nüvə silahından çəkindirmə ilə bağlı dövlət siyasətinin əsaslarını rəhbər tutacağını anlamalarıdır. Əgər real təhlükə yaranarsa, onlara qarşı tədbir görəcəyik”, - Rusiya rəsmisi bildirib.

Medvedev Rusiya prezidentinin məsələ ilə əlaqədar son çıxışından sitat gətirib:

“Bu ayın əvvəlində Putin nüvə müharibəsi riskinin artdığını dedi, amma Rusiyanın dəli olmadığını və özünün nüvə arsenalına sırf müdafiə məqsədilə çəkindirmə vasitəsi kimi baxdığını vurğuladı.

Qərb dünyası Rusiyanı mümkün qədər alçaltmaq, məcbur etmək, parçalamaq və məhv etmək istəyi ilə nüvə qiyamətindən qaçmaq arasında balans yaratmağa çalışır”.

Rusiya rəsmisi ölkəsinin təhlükəsizlik zəmanətlərini xatırladıb: “Dünya Üçüncü Dünya müharibəsi və nüvə fəlakətinin astanasında silkələnməkdə davam edir. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”.

Rusiya 6000-ə yaxın döyüş başlığı ilə dünyada ən böyük nüvə silahı ehtiyatına malik ölkədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər