16 Dekabr 2014 19:27
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə qadın sosial şəbəkədə başqa kişi ilə şəkilini paylaşdığına görə təzminat ödəyib.

Teleqraf.com Türkiyə mətbuatına istnadən xəbər verir ki, Neyra.A adlı qadın məhkəmə qərarı ilə keçmiş ərinə 2800 manat təzminat ödəyib.

İzmirdə yaşayan 43 yaşlı A.A və 40 yaşlı Neyra.A 6 il əvvəl ailə həyatı qurublar. Əri müflis olan qadın boşanmaya qərar verib. Neyra.A iki uşağı ilə yaşamalı olub.

A.A məhkəmədə xanımının ona xəyanət etdiyini söyləyərək bir milyon lirə təzminat tələb edib.

Məlum olub ki, qadın Mehmet.G adlı kişi ilə fotolarını “Facebook” şəbəkəsində paylaşıb. Bunu aşkar edən vəkil məhkəmədə Neyra.A-nın ərinə xəyanət etdiyini bildirib.

Məhkəmə faktların dəqiqləşdirilməsi üçün jandarmaya müraciət edib. Yerli jandarma orqanlarının məlumatına görə, Neyra və Mehmetin 3 gün eyni oteldə qaldıqları müəyyən edilib.
Məhkəmədə Neyra.A-nın keçmiş ərinə 8 min TL(2800 manat) təzminat ödəməsinə qərar verilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər