Macarıstanda minlərlə insan baş nazir Viktor Orbanın istefası tələbiylə nümayiş keçirib.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, paytaxt Budapeştdə parlament binası qarşısında toplanan nümayişçilər vergi artımlarını və vəzifəsindən sui-istifadə edən siyasətçilərə qarşı etiraz aksiyasiyası keçiriblər.
Nümayişçilər Orbanı “kiçik Putin” adlandırıb və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Qeyd edək ki, sərt reaksiyalar səbəbi ilə Orban ötən həftə internet vergisi qanun layihəsini ləğv edib.
Samir