18 Dekabr 2014 05:49
909
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yaponiyanın Qifu prefekturasında bir neçə gün davam edən güclü qar nəticəsində 3 600 ev elektrik enerjisiz qalıb.

Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Honsyu adasının şimal-qərb hissəsində 93 aviareys ləğv olunub, yağıntılar və şiddətli külək dəmiryol nəqliyyatının hərəkətinə təsir edib.

Hokkaydo adasının şərqində 240 yerli sakin evakuasiya edilib, daha 1 500 sakinə təcili olaraq evlərini tərk etmək tövsiyə olunub.

Yaponiyanın Milli Meteorologiya İdarəsinin məlumatına əsasən, Niiqata prefekturasında qar örtüyünün hündürlüyü 160 sm təşkil edib, Hokkaydo da isə sutka ərzində 90 sm yağıntı düşüb.


Müəllif:

Oxşar xəbərlər