İtaliyanın Neapol şəhərindəki kilsələrdən birində mobil telefon zənglərinin səsini azaltmaq üçün qurğu quraşdırılıb. Bunu yerli keşiş Mikele Madonna edib.
O, kilsəyə gələnlərin mobil telefondan istifadə etmələrindən təngə gələrək bu addımı atıb.
Keşişin sözlərinə görə, son zamanlar kilsəyə gələnlər hətta dəfn mərasimində telefonla danışmağa başlayıblar.
M.Madonna səsboğucunu yerli mağazadan alıb və polisə belə avadanlığın quraşdırılmasının qanuni olduğunu izah edib.