Avstraliyanın Kairns şəhərində 8 uşağı öldürən şəxs həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisənin öldürülən 8 uşaqdan 7-nin anası, 37 yaşlı qadın tərəfindən törədildiyi məlum olub. Kairns polis dedektivi Bruno Asnikar məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, hadisə vaxtı yaralı halda tapılan ana öz cinayətini etiraf edib. Asnikar digər uşağın qadının qardaşı oğlu olduğunu qeyd edib. Dedektiv hadisənin hansı səbədən baş verdiyini hələlik açıqlamayıb.
Qonşular isə hadisədən bir neçə saat əvvəl evdən qışqırıq səslərinin gəldiyini və 37 yaşlı qadının həyatını dəyişmək istədiyi barədə danışdığını bildiriblər.
Qeyd edək ki, dünən baş verən hadisə zamanı yaşları 1-15 arasında olan 8 uşağın meyidi tapılıb.
Samir