Belçika feministləri ölkənin Baş naziri Şarl Mişelə kartof atıblar və mayonez töküblər. Teleqraf.com-un "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, etirazçılar Baş nazirdən sərt iqtisadi siyasəti dayandırmağı tələb ediblər.
Hadisə siyasətçinin Namyur şəhərində sahibkarlar qarşısında çıxışı zamanı baş verib. O, çıxış edərkən iki qadın "Mişel, rədd ol! Sərt iqtisadiyyat, cəhənnəm ol!" deyə qışqırmağa başlayıblar.
Baş nazir çıxışını dayandıraraq geyimini təzələyib. Hökumət başçısı hadisəni yumorla qarşılayıb. O, qadınları məhkəməyə vermək niyyətində deyil.