25 Dekabr 2014 00:55
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minskdə Donbas üzrə əlaqə qrupunun üçtərəfli danışıqlarının növbəti raundu başa çatıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, görüş 5 saata yaxın davam edib.

Görüş iştirakçıları Belarus prezidentinin birinci rezidensiyasını, hazırda Dipservice Hall adlanan binanı tərk ediblər.

Əlaqə qrupunun nümayəndələri onları rezidensiyanın qarşısında 5 saat gözləyən jurnalistlərin qarşısına çıxmayıb.

"Donetsk Xalq Respublikası"nın başçısı Aleksandr Zaxarçenko bildirib ki, hələlik danışıqların nəticəsi açıqlanmır. Onun sözlərinə görə, danışıqlar gərgin keçib.

"Donetsk Xalq Respublikası"nın digər nümayəndəsi Denis Puşilin isə deyib ki, danışıqların növbəti raundu sual altındadır.

Nihad


Müəllif:

Oxşar xəbərlər