5 Fevral 2023 19:36
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano Gürcüstanı sanksiyalarla hədələyib.

Teleqraf.com xəbər verir ki, o, Gürcüstanın Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına riayət etməli olduğunu deyib.

Qeyd edək ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr 2008-ci il avqustun 26-da Moskvanın qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması ilə dayanıb. Ölkələr arasında qarşılıqlı əlaqə Cenevrə müzakirələri vasitəsilə həyata keçirilir. Rusiya isə 2019-cu ildə Tbilisidə rusiyalı deputatların səfərinə qarşı aksiyalarla bağlı Gürcüstanla aviaəlaqələri dayandırıb.


Müəllif: Teleqraf.com