7 Fevral 2023 14:31
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətə görə Rusiyaya qarşı cəza tədbirləri görür, eyni zamanda ərazi və sülh müqaviləsi bağlamaq məsələlərini həll etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya xarici işlər naziri Yosimasa Hayaşi deyib.

“Ölkəmiz “Yeddilər” qrupunun üzvlərindən başlayaraq beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək (Rusiyaya qarşı) ciddi sanksiyalar tətbiq edir. Yaponiya ilə Rusiya arasında münasibətlər çətin vəziyyətdə olsa da, ərazi məsələsinin həlli xəttini və sülh müqaviləsinin imzalanmasını dəstəkləyirik”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər