Zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar edən 135 profil müəyyən edilib, 7 nəfər saxlanılıb, 1 nəfər həbs olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) Təhlükəsizlik Baş İdarəsi (EGM) bildirib.
Qeyd edək ki, təxribatçı paylaşımlar sosial şəbəkələrdə həyata keçirilib.
“Vətəndaşlarımızda qorxu və panika yaratmaq məqsədilə sosial media platformalarında təxribat xarakterli paylaşımlar etdiyi hesab edilən 135 hesab meneceri müəyyən edilərək aidiyyəti qurumlara göndərilib”, - polis qeyd edib.