8 Fevral 2023 10:25
445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton Çinin casus şarını vurduqdan sonra ABŞ müdafiə naziri Lloyd Ostinin çinli həmkarı Vey Fenqe ilə telefon danışığı cəhdi rədd edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayderə istinadən “Foreign Policy” nəşri məlumat yayıb.

“Fevralın 4-də Çinin hava şarının enişi üçün tədbirlər görüldükdən dərhal sonra müdafiə naziri Ostin və Çinin müdafiə naziri Vey Fenqe arasında təhlükəsiz telefon əlaqəsi üçün sorğu göndərilib”, - məlumatda bildirilir.

Pentaqon qeyd edib ki, belə vaxtlarda silahlı qüvvələr arasında kommunikasiya xüsusilə vacibdir, ona görə də ABŞ-ın açıq kommunikasiya xətləri ilə bağlı öhdəliyi davam edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər