13 Fevral 2023 10:25
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Ukrayna Prezidenti Vladimir Zelenskini tənqid edərək deyib ki, ABŞ bu ölkəyə silah və maddi yardım etməməlidir.

Teleqraf.com xəbər verir ki, Berliskoni heç vaxt Ukrayna prezidenti ilə danışmayacağını bildirib.

"Çünki biz ölkənin xarabalığa çevrildiyini, əsgərlərinin və dinc sakinlərinin qətliamının şahidi oluruq. Onun Donbassa hücumu dayandırması bunun qarşısını ala bilərdi. Ona görə də mən bu cənabın davranışını çox mənfi qiymətləndirirəm", - Berliskoni deyib.

Berluskoni hesab edir ki, ABŞ prezidenti Co Bayden Ukraynanı müharibədən sonra yenidən qurmaq üçün Zelenskiyə 9 trilyon dollarlıq “Marşal planı” təklif etməlidir.

İtaliyanın hazırkı baş nazirinin kabinetində Berluskoninin açıqlamalarını şərh edərkən İtaliya hökumətinin Ukraynaya dəstəyinin qəti və inandırıcı olduğunu bildiriblər.


Müəllif: Nemət

Oxşar xəbərlər