ABŞ bu ayın əvvəlində vurduğu Çin "casus" şarının qalıqlarının, həmçinin Alyaska yaxınlığında və Huron gölündə vurulmuş daha iki obyektin axtarışını başa çatdırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Şimal Komandanlığı qeyd edib.
“Axtarış əməliyyatları Cənubi Karolina sahillərində ABŞ-ın Şimal Komandanlığına bağlı ABŞ Hərbi Dəniz Qüvvələrinin ÇXR yüksək hündürlükdə müşahidə şarının qalıqlarını aşkar edib bərpa etdikdən sonra başa çatıb”, - Şimal Komandanlığının bəyanatında deyilib.
Bildirilib ki, təyyarə qalıqlarının son fraqmentləri əks-kəşfiyyat üçün istifadə edilmək üçün Virciniya ştatında Federal Təhqiqatlar Bürosunun laboratoriyasına təhvil verilib.