19 Fevral 2023 21:58
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.

Teleqraf.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərlə bağlı əlavə 100 milyon dollar yardım ayırılacağını açıqlayıb", - deyə dövlət katibi qeyd edib.

E.Blinken əlavə edib ki, bunu nəzərə alaraq, ABŞ-ın zəlzələ ilə bağlı dəstək göstərmək üçün humanitar yardımı 185 milyon dollar təşkil edəcək.

O bildirib ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yardıma yönəldiləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər