20 Fevral 2023 23:37
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO üzvlüyü ilə bağlı müsbət mesajlar aldıqdan sonra Türkiyənin hərəkətə keçməsini gözlədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Haavisto bu məsələ haqda danışarkən ABŞ dövlət katibi Entoni Blinkenin bu gün Türkiyəyə səfər etdiyini xatırladıb.

“Əminəm ki, ABŞ-ın mesajı belədir: İsveç və Finlandiya NATO-ya nə qədər tez qoşulsalar, bir o qədər yaxşı olar”, - nazir deyib.

Otuz üzvdən yalnız Türkiyə və Macarıstanın müraciətlərini hələ də ratifikasiya etmədiyini söyləyən Haavisto bu iki ölkənin ən qısa vaxtda sənədləri təsdiq edəcəyinə ümid etdiklərini, eyni zamanda, öz üzərlərinə düşəni etdiklərini və qərarın bu NATO ölkələrinə aid olduğunu bildirib.

Haavisto Türkiyənin İsveçdən fərqli olaraq Finlandiyanın üzvlüyünə müsbət yanaşmasına da toxunub:

“Türkiyədən aldığımız mesaj o oldu ki, Finlandiya olaraq keçən yay imzalanmış üçtərəfli memorandumda razılaşdığımız məsələləri yerinə yetiririk. Təbii ki, bu müsbət mesajdır, amma Türkiyənin hələ də hərəkətə keçməsi lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər