Rusiyanın Ukraynaya hücum etməsindən 1 il ötür. Bu münasibətlə Ukrayna Prezidenti Vladimir Zelenski müraciət edib.
Teleqraf.com xəbər verir ki, o, bu günə ukraynalıların müqaviməti haqqında sözlərlə başlayıb və 2023-cü ilin işğalçı üzərində qələbə ili olacağına əminliyini bildirib.
“Fevralın 24-də milyonlarla insanımız seçim etdi: ağ bayraq yox, mavi-sarı bayraq. Qaçış yox, döyüş... Düşmənlə mübarizə. Müqavimət və mübarizə", - prezident deyib.
O qeyd edib ki, mübarizə ili dərd, iman və birlik ili olub:
“Və bu il bizim sizinlə yenilməzliyimizin ilidir. Bilirik ki, 2023 sizinlə qələbəmizin ili olacaq”