“Rusiya artıq Ukraynaya qarşı müharibəni uduzub”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib.
“Rusiyanın bu müharibədə məqsədləri Ukraynanı dünya xəritəsindən silmək, paytaxtı ələ keçirmək və Ukraynanı məhv etmək idi. Uğur qazana bilmədilər və bir daha edə bilməyəcəklər”, - ABŞ rəsmisi vurğulayıb.
Sallivan həmçinin qeyd edib ki, ABŞ öz növbəsində Ukraynaya lazımi hərbi yardım göstərmək üçün əlindən gələni edəcək.