Ukrayna hərbi qüvvələri son sutka ərzində Kupyan, Liman, Baxmut, Avdiv və Şaxtyor istiqamətlərində Rusiya qoşunlarının 70-ə yaxın hücumunu dəf edib. Rusiya qoşunları əsas hücum səylərini bu istiqamətlərdə cəmləşdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, ruslar 27 hava hücumu həyata keçirib, raket sistemlərindən 75 zərbə endirib.
Sutka ərzində Ukrayna müdafiə qüvvələri rus ordusuna məxsus “Mi-24” helikopterini və 4 pilotsuz uçan aparatını məhv ediblər. Bundan başqa, rusların şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 20, həmçinin atəş mövqeyində olan zenit-raket komplekslərinə 2 zərbə endirilib.
Baş Qərargah bildirir ki, Ukrayna ordusu Rusiyanın idarəetmə məntəqəsi və canlı qüvvəsinin cəmləşdiyi 2 döyüş mövqeyi və 3 silah-sursat anbarını sıradan çıxarıb.