25 Fevral 2023 14:18
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Ukraynada müharibəyə son qoymaq üçün Çinin təklif etdiyi sülh planını rədd edərək, bunun yalnız Rusiyanın xeyrinə işləyəcəyini bildirib.

Teleqraf.com xəbər verir ki, Amerika lideri Çinin sülh danışıqları aparmasına qarşı da çıxıb.

“Putin alqışlayacaqsa, bunun nə faydası ola bilər? Zarafat etmirəm, tamamilə ciddiyəm. O planda Rusiyadan başqa kiməsə fayda verəcək bir şeyin olduğunu göstərən heç nə görmədim”, - Bayden deyib.

Bayden Pekinin sülh danışıqları aparması ideyasını da rədd edib.

Çinin Xarici İşlər Nazirliyi fevralın 24-də 12 bənddən ibarət sülh planını açıqlayıb. Sənəddə bütün ölkələrin suverenliyinə hörmət edilməsinin, nüvə obyektlərinin qorunmasının, taxıl ixracının dəstəklənməsinin, eləcə də mülki əhalinin və hərbi əsirlərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi vurğulanır.

Çin bu nəticənin əldə edilməsində konstruktiv rol oynamağa davam edəcəyinə söz verib.

Sənəddə “soyuq müharibə” zehniyyəti və birtərəfli sanksiyalardan imtinaya çağırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər