"Rus işğalçıları Ukrayna ərazisinə 14 "Şahed" tipli PUA-dan istifadə edərək hücum edib. Bu dronların 11-i ukraynalı müdafiəçilər tərəfindən vurulub".
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası bildirib.
Xmelnitski vilayət hərbi idarəsinin rəhbəri Sergey Qamalı deyib ki, düşmənin bölgəyə gecə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb:
"Gecə Rusiya növbəti dəfə Xmelnitski vilayətinə hücum edib. Xmelnitski şəhərinə 3 zərbə endirilib. İlkin məlumata görə, mülki evlərə ziyan dəyib. Yanğınların söndürülməsi üçün işlərə başlanılıb".
Rusların gecə hücumundan əvvəl Ukraynanın bir sıra bölgələrində hava həyəcanı elan edilib. Əvvəlcə Çerniqov vilayəti, ardınca Kiyev, Poltava, qismən Kirovoqrad, Jitomir, Dnepropetrovsk, Xarkovda hava xəbərdarlığı edilib.