“Binalarımızın təxminən 3,5 faizi ya sökülüb, ya da sökülmə qərarı verilib. Ümumilikdə Türkiyədə can itkisinə səbəb olacağını gözlədiyimiz binaların sayı 500-600 mindir. Həll edilməsi lazım olan ilk şey insan itkisinin qarşısını almaqdır. Bunun üçün zəlzələ səfərbərliyi lazımdır”.
Teleqraf.com xəbər verir ki, bunu Orta Doğu Texnik Universitetinin (ODTÜ) İnşaat mühəndisliyi fakültəsinin professoru Barış Binici deyib.
Zəlzələ bölgəsində araşdırmalar aparan professor zəlzələyə hazırlıq üçün səfərbərlik çağırışı edib: “İstanbulda ola biləcək bir zəlzələdə tıxaclı tikinti səbəbiylə meydana gələcək fəlakəti düşünmək qorxuncdur. Birinci mərhələdə zəlzələdən can qurtarmaq istəyirik, müdaxilə edilən, yaşana bilən şəhərlərə ehtiyacımız var. İstanbul timsalında olduğu kimi, bu mümkün deyil. Nəzərə alın ki, axtarış və xilasetmə işləri indiki vəziyyətdə həyata keçirilə bilməz, yalnız vaxt və giriş səbəblərinə görə”.
Barış Binici bildirib ki, İstanbulda söküntü və ya möhkəmləndirmə işlərindən əvvəl boşalma işləri aparılmalıdır: “Məncə, iki sxem lazımdır. Birinci, transformasiya, şəhərin mümkün qədər şimala köçürülməsi və ərazini boşaltmaq. İkincisi isə, burada iş imkanları yaratmadan mümkün deyil. İnfrastruktur, vergilərin azaldılması, attraksionların yaradılması və şəhərin bir qədər boşaldılması. Sonra pis vəziyyətdə olan binalar üçün yenidənqurma alternativi lazımdır”.