2 Mart 2023 11:04
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Almaniyaya işgüzar səfərə gediblər.

Teleqraf.com xəbər verir ki, baş nazirin Almaniya Kansleri Olaf Şolzla görüşü olacaq.

Danışıqlardan sonra Ermənistan və Almaniya rəhbərləri birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaqlar.

Paşinyanın martın 3-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşü planlaşdırılır.

Səfər çərçivəsində bir sıra digər görüşlər də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər