5 Mart 2023 08:46
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Estoniyada 15-ci çağırış parlament seçkiləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır. Onlardan 10 nəfəri müstəqil namizəddir.

İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərin favoriti iqtidarda olan İslahatlar Partiyasıdır. Bundan əvvəlki parlament seçkilərində islahatçılar 34 mandat əldə ediblər. Bu partiyanın parlamentdə 33-dən 36-dək yer əldə edəcəyi gözlənilir.

Estoniyanın Mühafizəkar Xalq Partiyası ikinci yerdədir. Onun parlamentdə 19 yeri var. Proqnozlara görə, mühafizəkarlar öz təmsilçiliyini 23 mandata qədər artıra bilər.

Mərkəz Partiyasının parlamentdə 15-19 mandat qazanacağı gözlənilir. Bu partiya 2019-cu il seçkilərində 26 mandat əldə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər