8 Mart 2023 22:25
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada oğurlanan ingilis cinsindən olan “Zazu” adlı atın qiyməti 18 min yox, ən azı 10 milyon dollardır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov Çexiyada atının oğurlanması haqda Teleqram kanalında qeyd edib.

Kadırov bildirib ki, 2014-cü ildə tətbiq edilən ilk sanksiyaya Zazu aid edilib:

“Təmizqanlı ayğır demokratik Qərbin ilk zərbəsini öz üzərinə götürdü”.

Onun sözlərinə görə, at oğruları “unikaldırlar”: sanksiya altında olan atı oğurlayacaq qədər axmaq, polisin onları tapmayacağı qədər hiyləgərdirlər:

"İnanmıram. Gözəl və nəcib bir heyvanın əziyyət çəkməsi ayıbdır. Zazunun pis əllərə düşə biləcəyindən narahatam"


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər